03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransa Luqanskda fransız jurnalistin ölümünün araşdırılmasını tələb edir

31.05.2022

Fransanın xarici işlər naziri Ketrin Kolonna Luqansk vilayətində BFM TV-nin jurnalisti Frederik Lekler İmhoffun ölümü ilə bağlı şəffaf araşdırma aparılmasını istəyib.

Bu istək jurnalistin öldüyü gün Kiyevdə səfərdə olan nazirin açıqlamasında ifadə olunub.

"Bu gün Severodonetsk yaxınlığında ukraynalıların təxliyəsi əməliyyatını işıqlandırarkən öldürülən BFM jurnalisti Frederik Lekler İmhoffun ölümü sarsıdıcıdır. Bu hadisəni qınayır, ailəsinə və həmkarlarına başsağlığı verirəm”, - deyə Kolonna bildirib.

"Fransa bu faciənin başvermə səbəblərinə aydınlıq gətirilməsi üçün mümkün qədər tez vaxtda şəffaf araşdırmaya başlanılmasını tələb edir”, - deyə nazir qeyd edib.

Mənbə: Yevropeyskaya pravda