29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rus oliqarxları AB Şurasını məhkəməyə verib

30.05.2022

İki rusiyalı oliqarx AB-nin sanksiyaları ilə bağlı məhkəməyə müraciət edib.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyalı oliqarxlar - Mixail Fridman və Pyotr Aven Lüksemburqdakı Avropa Məhkəməsinə müraciət ediblər:

"Aven və Fridman Ukraynada genişmiqyaslı müharibəyə görə AB sanksiyalarına məruz qalıb. Bununla bağlı rus oliqarxları Avropa Birliyi Şurasına qarşı iddialar qaldırıblar. Avenin iddiası mayın 23-də, Fridmanın iddiası isə mayın 24-də qeydə alınıb", - məlumatda deyilir.

Qeyd edək ki, "Forbes" Avenin sərvətini 4,6 milyard dollar, Fridmanın isə 12,9 milyard dollar olaraq qiymətləndirib.