29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada fransız jurnalist qətlə yetirilib – FOTO

30.05.2022

Ukraynanın Luqansk vilayətində, Severodonetsk şəhəri ətrafında Rusiya ordusunun bölmələri təxliyə avtobusunu atəş tutublar, nəticədə fransız jurnalist həlak olub.

Bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday öz "Telegram” kanalında məlumat verib.

O qeyd edib ki, zirehli təxliyə maşını 10 nəfəri götürmək məqsədi ilə hərbi əməliyyatların getdiyi əraziyə yollanıb və düşmənin atəşi altına düşüb.

"Mərmi qəlpələri zirehli avtomobili deşərək təxliyə haqqında reportaj hazırlayan akkreditə olunmuş fransız jurnalisti boyun nahiyəsindən ölümcül yaralayıb”, - hərbi administrasiyanın rəhbəri vurğulayıb.

İnsident nəticəsində təxliyə rəsmi olaraq dayandırılıb.

"Severodonetsk yaxınlığında dünyasını dəyişən fransız jurnalistin adı Frederik Leklerdir. O, BFM TV kanalında işləyib”, - Sergey Qayday vurğulayıb.

Xatırladaq ki, hazırda Ukraynanın Severodonetsk şəhəri uğrunda şiddətli döyüşlər davam edir.