02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan Qüds üzərindən Ərəbistana meydan oxuyur

21.09.2018

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanından "müsəlmanların lideri" rolunu almağa namizəddir.
"Dövran Media" xəbər verir ki, bu barədə "Blumberq"də Conatan Ferziqer və Fadva Hodalinin qələmə aldığı məqalədə bildirilib.
Məqalədə qeyd edilir ki, Ərdoğanın nüfuzunun kifayət qədər artması Qüds üzərində marağı olan İsrail, İordaniya və Fələstin hökumətini narahat edir. Ərdoğanın ritorikası, Türkiyənin bölgəyə yardımları rəsmi Ankaranın sözügedən bölgədə çəkisini artırıb.
Hətta Qüdsdə müsəlman tacir Səlahəddin Nəsrəddin bildirib ki, Ərdoğan Fələstini sevən güclü şəxsdir, onun bütün İslam dünyasına liderlik etməsi üçün dua edirik
Qüdsün İctimaiyyətlə Əlaqələr Araşdırma Mərkəzinin analitiki israilli Pinhas İnhabari isə bildirib ki, Səudiyyə Ərəbistanı Məkkəyə sahib olmağı, Ərdoğan da Qüdsü istəyir.
Qeyd edilir ki, Ərdoğan Qüds üzərindən Məkkəyə sahib olan Səudiyyə Ərəbistanına meydan oxuyur.