25 08 2025-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İranda daha bir zabit öldürülüb

28.05.2022

İranın Sistan-Bəlucistan əyalətində yüksək rütbəli zabitə sui-qəsd edilib.

"DM" xəbər verir ki, bu barədə Sistan-Bəlucistan əyalətinin polis rəisi Əhməd Tahiri məlumat verib.

"Ötən gecə mayor Abbas Rah Encam avtomobili ilə hərəkətdə olarkən silahlı hücuma məruz qalıb. Hadisə nəticəsində Abbas Rah Encam həyatını itirib, avtomobildə olan həyat yoldaşı isə ağır yaralanıb. Sui-qəsdi təşkil edən şəxs və ya şəxslər hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır”, - Ə.Tahiri bildirib.