29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Take Off Baku” Startap Sammitinin qalibləri müəyyənləşib

28.05.2022

Türkiyə Teknoloji Takımı Fondu (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26-29 mayda Bakıda ilk dəfə olaraq keçirilən "TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində "Take Off Baku” Startap Sammitinin qalibləri məlum olub.

"DM" xəbər verir ki, münsiflər heyətinin qiymətləndirməsinə əsasən, 50 iştirakçıdan 25 startap final mərhələsinə keçid alıb.

Startaplar pitçinq, innovativlik, müştəri yönümlülük, rəqabətədavamlılıq, məhsul təklifi, kommersiyalaşdırılma potensialı və komanda səriştəliliyinə görə qiymətləndirmə prosesindən keçiblər.

Finala vəsiqə qazanmış 25 startapdan 14-ü Azərbaycanı, 4-ü Türkiyəni, 3-ü ABŞ-ı, 1-i Misiri, 1-i Pakistanı, 1-i Argentinanı, 1-i Estoniyanı təmsil edib.

"Take Off Baku” Startap Sammitinin qalibi 1-ci yer üzrə ABŞ-ın "Resepta” startapı (layihənin adı: elektron qəbzlərin yaradılması sistemi), 2-ci yer üzrə Azərbaycanın "E-Point” startapı (layihənin adı: Fintech, ödəniş sisteminin inteqrasiyası texnologiyası), 3-cü yer üzrə Türkiyənin "Co-Print” startapı (layihənin adı: 3D texnologiyası) olub.