02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Etimad İsmayılovun cənazə namazı qılındı - VİDEO

20.09.2018

Dünən gecə saatlarında İstanbulda qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun Floryadakı məsciddə cənazə namazı qılınacaq.
"Dövran Media"nın Türkiyədəki əməkdaşının verdiyi məlumata görə, mərasim Bakı vaxtı ilə saat 17:20-də baş tutacaq.
Etimad İsmayilovun ailə üzvləri, dostları, iş yoldaşları mərasimdə iştirak edir. Tanınmış müğənni Azərin də təziyyədə iştirak edənlər arasındadır.
***
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu da Etimad İsmayılovun cənazə namazına qatılıb.
Əraziyə həmçinin çoxlu sayda polislərin də göndərildiyi bildirilir.
Qeyd edək ki, Etimad İsmayılovun həyat yoldaşı, tanınmış jurnalist Sevil Nuriyeva mərhumun nəşinin bu gecə Bakıya gətiriləcəyini və sabah saat 13:00-da Nardaranda dəfn olunacağını bildirmişdi.