29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə Azərbaycan HDQ-nin ehtiyaclarına uyğun məhsullar hazırlamağı planlaşdırır

27.05.2022

Türkiyənin Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət Şirkəti (STM) Azərbaycan Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarına uyğun məhsulların hazırlanması üzrə danışıqlar aparır.

"DM" "Anadolu”ya istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Özgür Güləryüz bildirib.

O, "Texnofest Azərbaycan”da təqdim etdikləri məhsullara böyük maraq olduğunu vurğulayıb.

"STM-nin əsas sahəsi mühəndislikdir. MİLGƏM, sualtı gəmilərin modernizasiyası layihələrində mühəndislik bacarıqlarımıza əsaslanan həll yolları tapırıq. Azərbaycanda da buna çalışırıq. Hazır bir məhsul deyil, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarına uyğun nə cür məhsullar istehsal edilə bilər, nə kimi platformalarla ehtiyacları qarşılaya bilərik, bu məsələlər üzərində işləyirik. Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə danışılaraq onların ehtiyaclarına uyğun təqdim etdiyimiz məhsullar var. Gözləntiləri olan yüksək sürətli silah sistemlərini, olduqca güclü, kiçik həcmi ilə effektiv və sürətli şəkildə həll yolu tapa biləcək platformaları, buna cavab ola biləcək məhsulları bura gətirmişik”, - Güləryüz qeyd edib.