Ukraynada yaşayış məntəqələri raket atəşinə tutulub  
    
                          
     
                         27.05.2022
 
    
                        Bu gün səhər saatlarından etibarən Rusiya ordusu Dnepropetrovsk vilayətində yerləşən bir neçə yaşayış binasına raket zərbələri endirib. Hücum nəticəsində ciddi dağıntılar var.
Bu barədə Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının sədri Valentin Rezniçenko öz "Telegram” kanalında məlumat verib.
V.Rezniçenko söyləyib ki, hazırda xilasedicilər dağıntıları təmizləyir, dağıntılar altında qalan insanların axtarışını həyata keçirirlər.