29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə, Rumıniya və Polşa liderlərinin Zirvə Görüşü keçiriləcək

27.05.2022

İsveç və Finlandiyaya mesajlarımızı açıq şəkildə çatdırdıq. İki ölkə də terrorla mübarizədə konkret addımlar atmalıdır.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda rumıniyalı və polşalı həmkarları ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, terrorizm NATO və müttəfiqlərə qarşı yönəlmiş ən asimmetrik təhlükədir və onunla mübarizə təşkilatın yeni strateji konsepsiyasında yer almalıdır.

Bundan əlavə, Çavuşoğlu Türkiyənin Polşa və Rumıniya ilə münasibətlərini strateji birlik səviyyəsinə yüksəltmək niyyətində olduğunu bildirib.

Onun sözlərinə, bu il üç ölkənin liderlərinin sammiti də keçiriləcək.