09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Bakıda sexdə yanğının söndürülməsinə 2 helikopter cəlb olunub VİDEO

26.05.2022

Bakının Nərimanov rayonunda sexdə baş verən yanğının söndürülməsinə 2 helikopter cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun "Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə "112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.

Əlavə məlumat veriləcək.