04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Almaniya Kansleri: “Rusiya Ukraynadakı müharibədə qalib gəlməyəcək”

26.05.2022

Rusiya Ukraynadakı müharibədə qalib gəlməyəcək.

"DM" xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Davosda Dünya İqtisadi Forumunun sonuncu günündə çıxışında deyib.

O vurğulayıb ki, istənilən sülh razılaşması Rusiya Prezidenti Vladimir Putin tərəfindən diktə edilməməlidir.

"Nə Ukrayna, nə də biz bunu qəbul edəcəyik”, - Şolts bildirib.

Kanslerin sözlərinə görə, böyük nüvə dövləti olan Rusiya özünü elə aparır ki, sanki sərhədləri yenidən cızmaq hüququ var: "Putin o vaxt ciddi müzakirələr aparacaq ki, o, Ukraynanın müdafiəsini yara bilmədiyini başa düşəcək. Biz Putinə bu müharibədə qalib gəlməyə icazə verə bilmərik”.

Almaniya Kansleri diqqətə çatdırıb ki, Vladimir Putin güclünün haqlı olduğu, azadlıq, müqəddəratını müəyyənetmə və suverenliyin hər kəs üçün olmadığı dünya nizamına qayıtmaq istəyir.