02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sərhədin delimitasiyası üzrə komissiyanın ilk görüşünün harada keçirildiyi bəlli olub

26.05.2022

2022-ci ilin mayın 24-də baş tutan Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşün harada keçirildiyi bəlli olub.

Bu barədə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Azərbaycan-Ermənistan sərhədinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində görüşüb.

"Növbəti görüşün tarixi hələ müəyyən edilməyib”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, 24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşünün keçirildiyi açıqlanmışdı.