29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tehranda hərbi zavodda güclü partlayış baş verib

26.05.2022

Mayın 25-i axşam saatlarında Tehranın cənub-şərqində yerləşən "Parçin” bölgəsində İranın hərbi sənaye zavodlarında güclü partlayış baş verib.

"DM" xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Partlayışın şiddətli olduğu və partlayış səsinin onlarla kilometr məsafədən eşidildiyi bildirilir. Hərbi qüvvələr partlayış baş verən bölgəni mühasirəyə alıb, gediş-gəliş dayandırılıb.

Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.