29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentə təbrik məktubları davam edir

26.05.2022

Sinqapur Prezidenti Həlimə Yaqubdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"DM" məktubun mətnini təqdim edir:

"Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sinqapur xalqı adından ölkənizə və xalqınıza səmimi təbriklərimi yetirir, həmçinin davamlı sülh, tərəqqi və xoşbəxtlik diləyir, ən xoş arzularımı çatdırıram.

Sinqapur qlobal təhdidlərə qarşı kollektiv mübarizəmizi gücləndirmək üçün bundan sonra da beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edəcək".

***

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi salamlarımı və ölkənizin daha firavan olmasına dair ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq münasibətlərinin ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcəyinə əminliyimi bildirirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

***

Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı - 28 May – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Slovakiya xalqı adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Hazırda dünya bir çox problemlərlə - davam edən pandemiyanın təsirləri, iqlim dəyişikliklərinin fəsadları, müxtəlif hibrid təhdidlər, eləcə də azadlıq, bərabərlik, demokratiya və qanunun aliliyi kimi ümumbəşəri dəyərlərə təhlükə yaradan bir sıra münaqişələrlə üz-üzədir.

Başa çatmaqda olan pandemiya və iqlim dəyişikliklərinin artan təzahürü ilə yanaşı, dünya beynəlxalq təhlükəsizlik arxitekturasının əsaslı şəkildə dəyişdirilməsi nəticəsində çətin vəziyyətlə üzləşir. Rusiya ilə yaxın qonşumuz olan Ukrayna arasında hərbi münaqişə bütövlükdə beynəlxalq ictimaiyyətə kəskin təsir göstərib. Münaqişə nəticəsində qaçqın düşən milyonlarla insan, çox sayda qurbanlar və böyük maddi itkilər hazırda Avropada təsəvvürə gətirə bilməyəcəyimiz mənzərələr yaradır. Bu çağırışların cavabı beynəlxalq həmrəyliklə yanaşı, həm də çoxtərəflilik dəyərlərinə qayıtmaq və beynəlxalq hüququn prinsiplərinə riayət etməkdir.

Hörmətli cənab Prezident, inanıram ki, əməkdaşlığımız ölkələrimizin xalqlarının mənafeləri naminə müxtəlif sahələrdə daha da inkişaf edəcəkdir.

Sizə və ölkənizin bütün vətəndaşlarına sülh, sabitlik, firavanlıq və demokratik inkişafın davam etməsini arzulayıram".

***

Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi çex xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə, ölkənizə və bütün Azərbaycan xalqına rifah, birlik və firavanlıq arzulayıram.

Çex Respublikası ilə Azərbaycan Respublikası arasındakı çox yaxşı münasibətləri yüksək qiymətləndirirəm. İnanıram ki, bu əlaqələr bundan sonra da xalqlarımızın rifahı naminə bütün sahələrdə qarşılıqlı əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

***

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda qeyd edilib:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm".

***

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi bir-birinə bağlayan çoxillik əlaqələri yüksək qiymətləndirir, qarşıdakı illərdə də dost xalqlarımızın ümumi mənafeyi naminə ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsində maraqlı olduğumu vurğulamaq istəyirəm.

Zati-aliləri, Sizə ən xoş arzularımı çatdırır, dost Azərbaycan xalqına isə daha xoşbəxt və firavan gələcək diləyirəm".

***

İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassis Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkələrimiz arasında sıx və qarşılıqlı etimada söykənən münasibətlər əsas qlobal çağırışların öhdəsindən birgə gəlmək üçün mühüm amildir.

Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına sülh və firavan gələcək arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”, - təbrikdə bildirilib.

***

Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi çatdırır, rifah və cansağlığı arzulayıram".

***

Mərakeş Kralı VI Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimi, həmçinin möhkəm cansağlığı və xoşbəxtlik arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Azərbaycan xalqına isə daha böyük tərəqqi və firavanlıq diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasındakı qardaşlıq əlaqələrini yüksək dəyərləndirirəm. Əminəm ki, bu münasibətlərin iki qardaş xalqın rifahı naminə daha da inkişaf etməsinə və genişlənməsinə Siz də mənim qədər önəm verirsiniz", - mətndə qeyd olunub.

***

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, vətəndaşlarınıza isə tərəqqi və rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, dost ölkələr kimi əlaqələrimizin bütün sahələrdə inkişaf etməsi üçün bundan sonra da çalışacaq və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik. İqtisadi imkanlar ölkələrimiz arasında daha mühüm və sıx əməkdaşlıq üçün stimul verən amil ola bilər.

Ümidvaram ki, əlaqələrimizin daha da inkişaf etdirilməsi perspektivləri və getdikcə mürəkkəbləşən qlobal gündəlikdəki önəmli məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxın gələcəkdə fürsətimiz olacaqdır.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin", - məktubda bildirilib.

***

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini elan etməsi ilə Türk və İslam dünyasında ilk demokratik respublikanın qurulması Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, digər xalqlara da bir örnək olmuşdur.

Müstəqilliyinin bərpasından ötən dövr ərzində siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyişlərə nail olan Azərbaycan Respublikası Zati-alinizin qətiyyətli liderliyi və müdrik siyasəti sayəsində daha da inkişaf etmiş, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirmiş və regionun lider ölkəsinə çevrilmişdir.

Ölkənizin, regionun və bütün Türk dünyasının tarixində yeni səhifə açan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının həmrəyliyi, birliyi və bərabərliyi ilə parlaq Zəfərin qazanılması bir daha göstərdi ki, məqsədyönlü və ardıcıl siyasətiniz sayəsində Azərbaycan durmadan güclənir və inkişaf edir, beynəlxalq münasibətlər sistemində tutduğu layiqli yerini daha da möhkəmləndirir.

Türk Dövlətləri Təşkilatına daim göstərdiyiniz hərtərəfli diqqət və dəstəyə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Əminliklə qeyd etmək istərdim ki, Türk dövlətləri arasındakı əməkdaşlıq daha da dərinləşəcək və təşkilatımız yeni-yeni uğurlara imza atacaqdır.

Bu əlamətdar gün münasibətilə yaranmış fürsətdən istifadə edərək, Zati-alinizə davamlı uğurlar arzulayır, bütün Azərbaycan xalqına rifah, tərəqqi və xoşbəxtlik diləyirəm", - təbrikdə qeyd olunub.

***

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi və xoş arzularımı çatdırıram.

Ümidvarıq ki, qlobal sağlamlıq problemlərini qətiyyət və mətanətlə birgə dəf edərək, gələcəkdə daha yaxşı günlər yaşayacağıq".

***

İspaniyanın Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram".

***

Sudan Respublikasının Suveren Keçid Şurasının sədri Abdel Fəttah Abdelrəhman əl-Burhan Prezident İlham Əliyevi təbrik edib.

"Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi, ailənizi, Zati-alinizin simasında Azərbaycan xalqını və dövlətini Sudan hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan ikitərəfli əlaqələrdən məmnunluq hissi duyduğumu bildirərək, aramızdakı dostluq və qardaşlıq münasibətlərinin getdikcə daha da möhkəmlənəcəyinə əminliyimi bildirirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin", - təbrikdə qeyd olunub.

***

Niderlandın Kralı Villem-Aleksand Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramının – Müstəqillik Gününün yaratdığı bu xoş fürsətdən istifadə edərək, Sizə təbriklərimi və Azərbaycan xalqının firavan gələcəyinə dair ən xoş arzularımı çatdırıram".

***

İsveç Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq diləyirəm".