29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cavid Qurbanovun yerinə gələn kimdir?

26.05.2022

Prezidentin sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilən Cavid Qurbanovun əvvəlki vəzifəsini – Azərbaycan Dəmir Yolları QSC sədrliyini onun müavini Hicran Qardaşxan oğlu Valehov icra edir.

Bu barədə "Gününsəsi” məlumat yayıb.

QSC-dən saytımıza verilən məlumatda xəbər təkzib olunmayıb.

Qeyd edək ki, Azərbaycan Dəmir Yolları QSC sədrinin birinci müavini Əlirza Süleymanovdur. Sədr olmadıqda sədrin səlahiyyətlərini yalnız ayrıca sərəncam olmadığı halda birinci müavin yerinə yetirir. Görünür, H.Valehov üçün ayrıca qərar qəbul edilib.

H.Valehov 1968-ci ildə anadan olub, Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib, texniki elmlər namizədidir.

1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, "Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsi, Yol Fondu İdarəsi, "Elm-İstehsalat Mərkəzi” və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışıb.

2007-2015-ci illərdə "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini olub.

2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

"Tərəqqi” medalı, "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı və "Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilmişdir.

Ailəlidir, iki övladı var.