02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avtomobil oğruları tutuldu - Sumqayıtda

20.09.2018

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər yaxalanıblar.
Bu haqda Daxili İşlər Nazirliyindən bildirilib.
Belə ki, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 14-cü məhəllənin ərazisindən şəhər sakini Nail Camalovun "VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən  şəhər sakini İlkin İsmayılov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun sentyabrın 6-da  Rauf Manafovun "VAZ-2107” markalı avtomobilini qaçırdığı da müəyyən edilib.
Digər bir avtomobil qaçırılması faktı isə Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində açılıb. Belə ki, sentyabrın 14-də Mehdiabad qəsəbəsinin ərazisindən qəsəbə sakini Qədir Hüseynovun "VAZ-2102” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Fərid Əliyev və Novruz Xibiyev avtomobillə birgə saxlanılıblar.    
Faktlarla bağlı araşdırmalar aparılır.