29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynadakı müharibə qlobal resessiyaya səbəb ola bilər

26.05.2022

Rusiya-Ukrayna müharibəsi və onun ərzaq və enerji qiymətlərinə, eləcə də gübrələrə təsiri qlobal resessiyaya səbəb ola bilər.

"DM" xəbər verir ki, bunu Dünya Bankının prezidenti Devid Malpass deyib.

"Qlobal ÜDM-yə baxsaq, indi tənəzzüldən necə qaça biləcəyimizi anlamaq çətindir”, - Malpass bildirib.

O qeyd edib ki, Ukrayna və Rusiya iqtisadiyyatında əhəmiyyətli daralma müşahidə olunacaq, Avropa, Çin və ABŞ-da isə artım yavaşlayacaq:

"İnkişaf etməkdə olan ölkələr gübrə, qida təchizatı və enerji çatışmazlığından daha çox zərər çəkib. Enerji qiymətlərinin ikiqat artırılması tənəzzül üçün kifayətdir”.