29 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hərbi Hava Qüvvələrimiz beynəlxalq təlimdə iştirak edib - FOTO - VİDEO

26.05.2022

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, təlim çərçivəsində tapşırıqların xəritə üzərində dəqiqləşdirilməsi və hədəf hesabatı, paraşüt hazırlığı üzrə çalışmalar, helikopterlərlə təlim uçuşları və senariyə uyğun olaraq qəza etmiş aviasiya vasitəsi ekipajlarının axtarış-xilasetmə əməliyyatları yerinə yetirilib.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov təlimin "Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edib.

Azərbaycan HHQ-nin hərbi qulluqçuları ilə görüşən nazir müavini şəxsi heyətin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib.