29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çavuşoğlunun İsraildən Fələstin bəyanatı

25.05.2022

İsraillə əlaqələri normallaşdırmaq cəhdlərimizə baxmayaraq, Türkiyənin Fələstinlə bağlı siyasəti dəyişməyəcək.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu işğal altındakı İordan çayının qərb sahilində fələstinli həmkarı Riyad əl-Maliki ilə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir onu da bildirib ki, Türkiyə müstəqil Fələstin dövlətinin yaradılmasına öz dəstəyini davam etdirəcək.

Qeyd edək ki, Çavuşoğlu çərşənbə axşamı israilli həmkarı Yair Lapid də daxil olmaqla, dövlət rəsmilərilə görüşmək üçün İsrailə gedib. Daha sonra isə nazir Fələstinə yola düşüb.