29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hindistan Azərbaycan iqtisadiyyatına 1,5 mlrd. dollara yaxın investisiya yatırıb

25.05.2022

Hindistanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 1,5 mlrd. ABŞ dollarına çatır.

Bu barədə Hindistanın Azərbaycandakı səfirliyinin birinci katibi Vinay Kumar deyib.

Onun sözlərinə görə, təkcə Hindistanın ən iri Neft və Qaz Korporasiyası (ONGC) tərəfindən bu günədək yatırılan investisiyaların həcmi 1,2 mlrd. dollar təşkil edir.

"Digər iş adamlarının yatırımlarını nəzərə almaqla isə bu rəqəm təxminən 1,5 mlrd. dollar təşkil edir”, - deyə Vinay Kumar qeyd edib.

O həmçinin əlavə edib ki, hazırda yüzlərlə Hindistan şirkəti Azərbaycanda neft-qaz mühəndisliyi, ketrinq, qida, turizm, restoran biznesi sahəsində fəaliyyət göstərir:

"Bununla yanaşı biz mütəmadi olaraq Hindistan şirkətlərini Azərbaycandakı Sənaye Parklarının mövcud imkanları barədə məlumatlandırırıq".