29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“TEKNOFEST Azərbaycan”a hazırlıqlar başa çatır - VİDEO

25.05.2022

"TEKNOFEST Azərbaycan”da sürprizlərimiz olacaq. Bütün türk dünyasını bu festivala dəvət edirəm”.

Bunu "Baykar Makina” şirkətinin texniki direktoru Səlcuq Bayraktar jurnalistlərə açıqlamasında deyib.

O, "TEKNOFEST Azərbaycan”a hazırlıqların onu təsirləndirdiyini deyib.

"Dünən meydanı gəzdik, bütün hazırlıqları yerində müşahidə etdik. Hələ "TEKNOFEST”in ruhu olan gənclər gəlmədən orada böyük bir enerjinin olduğunu gördüm”, - deyə o qeyd edib.

Səlcuq Bayraktar Azərbaycan Texniki Universiteti tərəfindən "fəxri doktor” adına layiq görülməsinə də münasibət bildirərək, bunun qürurverici olduğunu deyib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: