29 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Müdafiə naziri Səlcuq Bayraqdarla görüşüb

25.05.2022

Mayın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin "Baykar” şirkətinin texniki direktoru cənab Səlcuq Bayraqdar ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qonağı salamladıqdan sonra müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini bildirib. Ölkə rəhbərlərinin dostluq münasibətlərinin dövlətlərimiz arasında əlaqələrin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayan general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini qeyd edib.

Görüşdə bu il "Texnofest Azərbaycan” festivalının Bakıda keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.