02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şagirdlər ADU rektoru ilə görüşüb

24.05.2022

Bakı şəhəri 44 və 82 saylı orta məktəblərin şagirdləri Azərbaycan Dillər Universitetində (ADU) ekskursiyada olublar.

"DM"xəbər verir ki, şagirdlər Heydər Əliyev Lektoriyasında ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşüb, universitetlə yaxından tanış olublar.

Şagirdlərə məlumat verilib ki, Azərbaycan Dillər Universitetində 20-dən artıq xarici dil tədris olunur. ADU-nun zəngin kitabxanası var, tələbələrin elektron resurslardan istifadəsi üçün əlverişli şərait mövcuddur.

Görüşdə müəllim-tələbə mübadiləsindən danışılıb. Şagirdlər universitetin müxtəlif qurumlarında, o cümlədən Multikulturalizm Mərkəzi, Rusiyaşünaslıq Mərkəzi, Bakı Amerika Mərkəzi, Konfutsi İnstitutu, Avstriya kitabxanası və s. olublar.