Növbədənkənar Prezident seçkiləri ELAN EDİLDİ - SƏRƏNCAM 
    
                          
     
                         05.02.2018
 
    
                        Prezident İlham Əliyev fevralın 5-də "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb
Dövran Media AZƏRTAC-a istinadla xəbər verir ki, Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.