04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Stoltenberq: “Putin NATO-nu Rusiya sərhədləri yaxınlığında daha çox görəcək”

24.05.2022

Rusiya Prezidenti Putin Rusiya sərhədləri yaxınlığında NATO-nu daha az görmək istəyirdi, lakin o, bunun əksini əldə etdi.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.

Baş katib, 2021-ci ilin dekabrında Rusiya hökumətinin NATO-ya ultimatum verdiyini xatırladıb: "Bu ultimatumda Avropada təhlükəsizlik arxitekturasının yenidən yazılması, Rusiyanın təsir dairəsinin yaradılması, NATO-nun alyansın şərqdəki müttəfiqlərindən imtinası və NATO-nun genişləndirilməsinin sonlandırılması tələb edilirdi. Prezident Putin öz sərhədləri yaxınlığında NATO-nu daha az görmək istəyirdi və bu müharibəni başlatdı. Lakin o, NATO-nu indi Rusiya sərhədləri yaxınlığında daha çox görəcək”.

Stoltenberq qeyd edib ki, daha çox ölkələr NATO-ya üzvlük üçün müraciət edir. O, Finlandiya və İsveçin NATO-ya üzvlük qərarını tarixi adlandırıb: "Bu onu göstərir ki, Avropanın təhlükəsizliyi şiddət və hədə ilə diktə edilə bilməz.

Mən əminəm ki biz bütün müttəfiqlərimizin təhlükəsizliklə bağlı narahatlıqlarına cavab tapa biləcəyik”.