04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baxçalıdan NATO ilə bağlı sərt mövqe: Çıxa da bilərik!

24.05.2022

İsveç PKK-nın aparıcı silah tədarükçüləri sırasındadır. Xüsusilə İsveç Şimali Avropada separatçı terrorun inkubatorudur. İkinci Qəndil dağı İsveçdədir.

Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı deyib.

"İsveç və Finlandiyanın Türkiyəyə qarşı sanksiya tətbiq etdiyi məlum olduğu halda, hansı hüquqla bu iki dövlətlə NATO çətiri altında bərabər məsuliyyətli yer almağımız gözlənilir?

Əgər Rusiya Ukraynada öz məqsədlərinə çatsaydı, İsveç və Finlandiya NATO-ya üzvlük məsələsində indiki qədər həvəsli olmayacaqdı. Bu iki ölkənin NATO üzvü olması mümkün deyil.

NATO ilə var olmadıq, NATO-suz da yox olmarıq. Lazım gələrsə, hətta NATO-dan çıxmaq da gündəmə gətirilə bilər”, - Baxçalı bildirib.