08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağın bu yolla həllinin tərəfdarıyıq - Hotemüller

20.09.2018

NATO qanunun aliliyi mövqeyindən çıxış edən alyansdır. Biz ölkələrin ərazi bütövlüyü məsələsi üzrə BMT-nin Nizamnaməsi və ATƏT-in Helsinki yekun aktını vacib hesab edirik.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan NATO Baş katibinin müavini Rouz Hotemüller deyib.
"Biz həmçinin bütün münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəsülh yollarının axtarışı üzrə səylərini dəstəkləyirik", - o bildirib.