04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin müharibəyə görə “iki od arasında” qalıb

24.05.2022

Ukraynadakı müharibəyə görə Rusiya elitası arasında ölkə Prezidenti Vladimir Putindən narazı olanların sayı xeyli artıb.

"DM" xəbər verir ki, bu barədə "Meduza” Kremlə yaxın mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, həm sülh istəyənlər, həm də müharibənin davam etdirilməsinin tərəfdarları Rusiya liderindən narazıdırlar:

"Biznes və bir çox hökumət üzvləri prezidentin sanksiyaların miqyasını düşünmədən müharibəyə başlamasından narazıdırlar, belə sanksiyalarla normal yaşamaq mümkün deyil. Digərlərini isə xüsusi əməliyyatın tempi qane etmir. Onlar daha qətiyyətli davrana biləcəklərini düşünürlər. Müharibə tərəfdarları (ilk növbədə təhlükəsizlik qüvvələri) hesab edirlər ki, daha sərt hərəkət etmək, ehtiyatda olan hərbçilərin geniş səfərbərliyini həyata keçirmək, qələbəyə qədər mübarizə aparmaq lazımdır”, - mənbə bildirib