04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moldovanın sabiq prezidenti dövlətə xəyanət ittihamı ilə həbs edilib

24.05.2022

Moldovanın sabiq prezidenti İqor Dodon Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil olmaqla dörd maddəsi ilə açılmış cinayət işi çərçivəsində 72 saatlıq həbs olunub.

Bu barədə jurnalistlərə Baş Prokurorluğun mətbuat katibi Marianna Kerpek məlumat verib.

"İstintaq tədbirləri davam etdirilir. Dodona məxsus evdə və bəzi yerlərdə axtarışlar aparılıb. O, 72 saatlıq saxlanılıb”, - deyə Kerpek bildirib.

İstintaq hərəkətlərini şərh edən Kerpek İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Korrupsiyaya Qarşı Mübarizə üzrə Prokurorluqla birlikdə Dodonun evində axtarış apardığını deyib.

"Başqa yerlərdə də axtarışlar aparılır. Ümumilikdə 12 obyektdə axtarışlar aparılır. Vasitəçilərə məxsus daşınmaz əmlak araşdırılır. Faktla bağlı araşdırma "Passiv korrupsiya”, "Cinayət təşkilatı olan siyasi partiya tərəfindən maliyyələşdirilmək”, "Qanunsuz varlanma” və "Dövlətə xəyanət” maddələri üzrə başlanmış cinayət işi çərçivəsində aparılır”, - deyə Kerpek qeyd edib.

Mənbə: İnterfaks