04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tanınmış hakim təqaüdə göndərilib

24.05.2022

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini, hakim Əfqan Hacıyev təqaüdə göndərilib.

"DM" xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, mayın 23-də Ə.Hacıyevin icraatında olan sonuncu cinayət işi ilə bağlı hökm oxunub.

Bununla da 65 yaşlı hakimin icraatında olan işlər yekunlaşdırılıb və o, təqaüdə göndərilib.

Qeyd edək ki, Ə.Hacıyev 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışır. O, 2018-ci ildə həmin məhkəmənin sədr müavini təyin olunub.

O, Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən Yunis Səfərov və digər dəstə üzvlərinin, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyevin, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) və bir çox başqa cinayət işləri üzrə məhkəmə proseslərinə sədrlik edib.