05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda təyyarə və vertolyotların növbəti uçuşları keçirilir

24.05.2022

"TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində Bakıda təyyarə və vertolyotların növbəti sınaq uçuşları keçirilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

"Mayın 26-29-da Bakıda "TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. İctimaiyyətin diqqətinə çatdırırıq ki, festivala hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və vertolyotların sınaq uçuşları həyata keçirilir.

Sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək”, - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, sınaq uçuşları mayın 23-dən başlayıb.