09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dağıdıcı fəlakətin gözlənilməz əlamətləri

19.09.2018

Dağıdıcı fəlakətin gözlənilməz əlamətləri aşkarlanıb
Britaniya Geoloji Xidmətinin və Şotlandiyanın Dandi Universitetinin alimləri 1,5 min il əvvəl Şetland adasını dağıdan nəhəng dalğanın izlərini aşkarlayıblar. 
"Dövran Media" bildirir ki, bu günədək tarixi sunamilərlə bağlı yalnız bir fakt müəyyən idi. Bu hadisə Norveç sahillərində səkkiz min il əvvəl baş vermişdi. Sualtı sunami zamanı 20 metrlik dalğa Britaniya adasının 80 kilometrliyinədək irəliləmişdi. 
Yeni işdə isə alimlər Şetland adasının müxtəlif yerlərindəki dağ süxurlarını analiz ediblər. Araşdırmalar zamanı aşkar edilən qumun nəhəng dalğa nəticəsində bu ərazilərə gəldiyi müəyyən edilib.  
Alimlər ehtimal edirlər ki, bu sunami sualtı torpaq sürüşməsi nəticəsində meydana gəlib. Hazırda mütəxəssislər sürüşmənin mənbəyini tapmağa çalışırlar. 
2017-ci ildə York Universitetinin və Londonun İmperiya Kollecinin alimləri müəyyən edib ki, "Britaniya Atlantidası"nın itməsinə səbəb Stureqqa sunamisi olub.