02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna: Ən gərgin döyüşlər bu istiqamətdə gedir

24.05.2022

Donetsk istiqamətində düşmən Lisiçansk və Severodonetsk şəhərlərini mühasirəyə almaq, daha sonra Luqansk vilayətinin inzibati sərhədinə çıxmaq üçün hücum əməliyyatı keçirməyə hazırlaşır.

"DM" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Düşmən Şərq Əməliyyat Zonasında hücum əməliyyatlarını dayandırmır. Ruslar bütün təmas xətti boyunca və Donetsk, Slobojanski və Yujnobuqski əməliyyat bölgələrində qoşunlarımızın müdafiəsinin dərinliklərində intensiv atəş əməliyyatları həyata keçirir. Ən böyük hərbi əməliyyatlar Donetsk əməliyyat zonasında, yəni Lisiçansk və Severodonetsk yaxınlığında qeydə alınıb. Donetsk istiqamətində düşmən Lisiçansk və Severodonetsk şəhərlərini mühasirəyə almaq, sonradan inzibati ərazilərə çıxış əldə etmək məqsədi ilə hücum əməliyyatı keçirməyə yönəlib”, - məlumatda deyilib.

Qeyd olunur ki, Rusiya ordusu Severodonetsk istiqamətində artilleriya qüvvələrinin dəstəyi ilə Toşkovka və Ustinovka istiqamətlərində hücum əməliyyatları aparır:

"Baxmut istiqamətində düşmən Vasiliyevka kəndi ərazisində taktiki vəziyyəti yaxşılaşdırıb. Avdeyevski, Kuraxovski və Novopavlovski istiqamətlərində düşmən artilleriya və aviasiyadan istifadə etməklə bölmələrimizi gücül atəşə tutub”.