02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran-Azərbaycan sərhədində əməliyyat keçirilib

23.05.2022

May ayının 23-də saat 00:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 1 nəfər naməlum şəxsin İran-Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.

Xidmətdən verilən məlumata görə, sərhəd zastavası dərhal "Silaha” komandası ilə qaldırılmış, qeyd olunan ərazi qapadılmış və nəzarətə götürülmüşdür. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 01:40 radələrində Cəbrayıl - Horadiz avtomagistral yolunun yaxınlığında sərhədboyu ərazidə yüksək surətlə hərəkət edən qara rəngli "Mersedes E 190” markalı 90 DJ 159 dövlət nömrə nişanlı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.

Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Məmmədov Nahid Şirzad oğlunun idarə etdiyi avtomobilə baxış zamanı 2 ədəd bağlamanın içərisində təxmini çəkisi 11 kiloqram 885 qram narkotik vasitə "marixuana”yabənzər maddələr və 5 ədəd "Millionaire” markalı spirtli içkilər aşkar olunaraq götürülüb.