02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Borrell Avropa ordusunun yaradılmasını təklif edib

23.05.2022

"Avropa İttifaqının öz təhlükəsizliyini təmin etmək üçün Avropa Silahlı Qüvvələrinə ehtiyacı var”.

Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrell öz bloqunda bildirib.

"Yeni təhlükəsizlik mühiti nümayiş etdirir ki, Aİ öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır. Bunun üçün bizə daha yüksək səviyyəli spektrə malik müasir Avropa ordusu lazımdır”, - deyə o, bildirib.

Borrellin sözlərinə görə, belə bir ordu üçün Aİ-nin Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı əməliyyatından sonra özünü büruzə verən çatışmazlıqları üzərində çalışılmalıdır.

Mənbə: TASS