09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moldova prezidenti hökuməti istefaya çağırdı

19.09.2018

Moldova prezidenti İqor Dodon parlamentə növbədənkənar seçkilər keçirmək üçün hakim Demokratik Partiya tərəfindən formalaşdırlan Pavel Filip hökumətini istefaya çağırıb.
"Dövran Media" xarici mediaya istinadən xəbər verir ki, Dodon bunu Nazirlər Kabinetində bir gün əvvəl elan olunan yerdəyişmələri şərh edərkən bildirib.
"Mən seçkilərə bir neçə ay qalmış hökumətin heyətində dəyişikliklərin nəyə lazım olduğunu anlamıram. İnsanlar bu hökumətin və parlament çoxluğunun tamamilə getməsini istəyir.
Əgər demokratlar, həqiqətən, vətəndaşları eşitsəydi, parlamenti çoxdan buraxar və növbədənkənar seçkiləri elan edərdilər ki, bu məsələ fevrala qədər uzanmasın”, - İqor Dodon özünün "Facebook” səhifəsində yazıb.
"Mən hökumətin tam heyətlə istefaya getməsini, parlament seçkilərinin keçirilməsini, yeni parlament çoxluğunun və yeni hökumətin formalaşmasını gözləyirəm”, - deyə Moldova prezidenti əlavə edib.