08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənilərin savaş elanı ilə bağlı deputatdan AÇIQLAMA

19.09.2018

"Bütün hərbi təlimlər eyni zamanda müharibəyə hazırlıqdır”.
Bunu Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərindən danışarkən deputat Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən hərbi təlimlərin qarşısına qoyulan vəzifə ermənilərin torpaqlarımızda qurduğu müdafiə sisteminin yarılmasıdır:
"Torpaqlarımızın Ermənistan tərəfindən işğal altında olduğunu nəzərə alsaq, hərbi təlimlərin keçirilməsi normaldır. Ermənilər riyakarcasına torpağımızı işğal edir, üstəlik hərbi təlimlər keçirəcəyini parlamentdən müharibə çağırışı formasında elan edir. Əslində hərbi təlimlərin bu cür ictimaiyyətə çatdırılması elə müharibə elan etməkdir. Ona görə, Azərbaycanın tam haqqı çatır ki, hərbi təlimlər keçirərək, düşmənin müdafiə sistemini yarmağa cəhd göstərsin”.
R. Musabəyov onu da qeyd edib ki, bilavasitə müharibə başlayacağını düşünmür:
"Çünki Azərbaycana Rusiya prezidenti Vladimir Putinin səfəri gözlənilir. Bu səfərdən öncə ölkəmizin hərbi təlimləri müharibəyə çevirməsi real deyil”.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən 22-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirir.
Xatırladaq ki, sentyabrın sonunda Rusiya liderinin Azərbaycana səfəri gözlənilir.