04 07 2022-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
04/07/2022

Gürcüstanın din xadimləri Şuşada ermənilərin vandallığı ilə tanış olublar

22.05.2022

Gürcüstan Müsəlmanları İdarəsi din xadimlərinin Şuşa şəhərinə səfəri başlayıb.

Məlumata görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü həyata keçirilən səfərdə məqsəd qonaqlara azad edilən torpaqlarda ermənilərin vandallıq aktlarını əyani şəkildə soydaşlarımıza göstərməkdir.

Səfər zamanı qonaqlara Şuşa Dövlət Qoruq İdarəsinin əməkdaşı şəhər barədə ətraflı məlumat verib. Bildirilib ki, Şuşada 17 məhəllə, 17 məscid və 17 bulaq olub. Qonaqlar Natəvan bulağında olub, şəhidlərin xatirəsini yad edib, ruhlarına dualar oxuyublar.