20 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

22.05.2022

Türkiyədə ağır yol qəzası baş verib.

"DM”-nın "Haber Global”a istinadən məlumatına görə, hadisə Niğde əyalətində, yerli vaxtla saat 4 radələrində qeydə alınıb.

Konya Səlcuq Universitetinin tələbələrini daşıyan avtobus Güney rayonu yaxınlığında aşıb. Hadisə zamanı tələbələrdən ikisi həyatını itirib, daha 42 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, polis cəlb edilib. Yaralılar Niğde və Ulukışla xəstəxanalarına aparılıb. Onlardan 5-nin vəziyyəti ağırdır.

Qəzanın başvermə səbəbi hələ məlum deyil.