16 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edilib

21.05.2022

Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş bir nəfərin onu aldadaraq 100 manatını almasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Aydın Qanbayev müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda "TIR” sürücüləri olan daha iki əcnəbi vətəndaşın ümumilikdə 440 ABŞ dolları və mobil telefonunu və Bakı şəhər sakini C.Şərifovun mobil telefonunu dələduzluq yolu ilə alması da müəyyən edilib.