24 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çoxmənzilli yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib - VİDEO

21.05.2022

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 kv.m olan ikiotaqlı mənzildə baş verdiyi və mənzildə bir nəfər vətəndaşın həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

Yanğınsöndürənlər və xilasedicilər operativ müdaxilə ilə ilk növbədə tüstülənmiş mənzildə təhlükəli vəziyyətdə qalmış vətəndaş, 1958-ci il təvəllüdlü Nəzərov Cəmil Əliş oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yanğınsöndürmə qüvvələrinin çevikliyi sayəsində yanğın qısa müddətdə söndürülərək digər mənzillərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində mənzilin ümumilikdə 0,5 m² sahəsində ev əşyaları yanıb, yüksək temperaturdan kondisioner əriyib. Mənzil və bütövlükdə bina yanğından mühafizə olunub.