İsveçdən Türkiyəyə cavab: PKK terror təşkilatıdır  
    
                         .jpg) 
     
                         20.05.2022
 
    
                        PKK-nı Avropa Birliyindən daha əvvəl terror təşkilatı siyahısına salmışıq.
"DM" xəbər verir ki, bu sözləri İsveç xarici işlər naziri Ann Linde deyib.
"İsveç PKK-nın Ulof Palme hökuməti (1982-1986-cı illər) zamanı terror təşkilatı kimi tanıyıb. Avropa Birliyi isə bunu yalnız 2002-ci ildə etdi. Bu mövqeyimiz dəyişməyib”, - Linde bildirib.
Qeyd edək ki, Türkiyə terrorçulara qucaq açdığı üçün İsveçin NATO-ya qəbuluna etiraz edir.