Azərbaycan hərbçiləri İzmirdə “Efes-2022” təlimində iştirak edir  
    
                          
     
                         20.05.2022
 
    
                        Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının İzmir şəhərində keçirilən "Efes-2022” çoxmillətli təlimində iştirak edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının cəlb olunduğu beynəlxalq təlim iyunun 9-dək davam edəcək.