27 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

500 əsgəri öldürüb, “azərbaycanlılar vurdu” dedilər

20.05.2022

1994-cü ildən 2020-ci ilədək general və zabitlərimiz 1680-ə yaxın erməni əsgərini Qarabağda intihar həddinə çatdırıblar! 500-ə yaxın əsgər də bizim narkomanlar və qatillər tərəfindən öldürülüb, cinayət işlərində isə yazıblar ki, onları snayperlər güllələyib.

Bu barədə tanınmış erməni ictimai xadimi Roman Baqdasaryan məlumat yayıb.

"Əslində, "artsax müdafiə ordusu” əsgərlərinin soyğunçuluğuna və məhvinə çalışıb, sərhədlərin müdafiəsinə xidmət etməyib. Yuri Xaçaturovun və onun narkoman oğullarının ordusu, narkoman Bako Saakyanın ordusu, satqın Seyran Ohanyanın və dinsiz Köçəryanın ordusu”, - deyə o qeyd edib.

Baqdasaryan əlavə olaraq erməni general-polkovnik Xaçaturovun erməni əsgərlərinə necə işgəncə verdiyini nümayiş etdirən videoçarx dərc edib