27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Həsənov Şahbazı “kəşfiyyata” necə göndərib?

20.05.2022

Bu adamların dövlət tərəfindən hansısa kəşfiyyat əməliyyatına yönləndirilməsi özü-özlüyündə olduqca pis, aşağı keyfiyyədə bir hazırlıq olardı. Şahbaz Quliyevin açıqlamasında ziddiyyətli məqamlar var. Əgər bu adamlar həqiqətən də dövlət tərəfindən Kələbəcərə göndərilibsə, bu işlə niyə Qaçkınkom məşğul olurdu? Bu iş DTX, ya da Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinə aiddir. Başqa qurumların belə işlərə vətəndaşları cəlb etmək səlahiyyəti yoxdur.

Bu sözləri Şahbaz Quliyevin sensasion açıqlamasını şərh edən təhlükəsizlik üzrə ekspert, DTX zabiti Ərəstun Oruclu deyib.

Ə.Oruclu qeyd edib ki, bu açıqlamanın arxasında siyasi maraqlar da dayana bilər:

"Ümid edirəm ki, bu açıqlamanın arxasında hansısa siyasi maraqlar dayanmır. Hərçənd ki, bunu istisna etmirəm. Şahbaz Quliyev xeyli müddətdir əsirlikdən gəlib. Amma o, bügünədək heç nə deməyib, indi isə qəfildən belə bir açıqlamalarla çıxış edir. Əvvəllər Şahbaz Quliyev başqa məqamlardan gileylənirdi. Və uzun müddət sonra birdən-birə belə açıqlama verir...”.