27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mağazada vaxtı keçmiş məhsullar aşkarlanıb

20.05.2022

Ağdam rayonunda ərzaq mağazasında istehlak müddəti bitmiş qida məhsulları aşkarlanıb.

Bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, daxil olan müraciət əsasında Agentlik əməkdaşları tərəfindən Ağdam rayonu, Çəmənli kəndində fəaliyyət göstərən, fiziki şəxs Cabir Nadir oğlu Vəliyevə məxsus qida məhsullarının pərakəndə satışı mağazasında keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu faktları aşkar edilib.

Belə ki, mağazada süni işıqlandırma lampalarının qoruyucu örtüklə təchiz edilmədiyi, məhsulların saxlanılmasında temperatur rejiminə əməl olunmadığı, işçi heyətin xüsusi geyimlə, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və tibbi müayinədən keçmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, həmçinin satışa təqdim olunan bəzi qida məhsullarının istehlak müddətinin bitdiyi və digər nöqsanlar müəyyən olunub.

Aşkar edilən pozuntularla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Sahibkar barəsində inzibati protokol tərtib edilib.

Araşdırmalar davam etdirilir.