Həştərxandan Bakıya uçuşlar bərpa olunacaq  
    
                          
     
                         20.05.2022
 
    
                        Rusiyanın "Azimut” aviaşirkəti mayın 30-dan etibarən Həştərxan-Bakı-Həştərxan marşrutu ilə uçuşları bərpa edəcək.
"DM" xəbər verir ki, məlumatı aviaşirkət yayıb.
Uçuşlar həftədə 2 dəfə - bazar ertəsi və cümə günləri cədvəl üzrə həyata keçiriləcək.
Qeyd edək ki, hazırda aviaşirkət Bakıya Mineralnıye Vodı və Soçidən uçuşlar həyata keçirir.