27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayden Ukraynaya 40 milyard dollarlıq yardımın ayrılmasını imzalayacaq

20.05.2022

ABŞ prezidenti Co Bayden Asiyaya səfəri zamanı Ukraynaya təxminən 40 milyard dollar məbləğində əlavə yardımın ayrılmasına dair qanun layihəsini imzalayacaq.

Bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan brifinqdə bildirib.

"Prezident qanun layihəsini səfərə gedərkən imzalamağı planlaşdırır. Bu səbəbdən Kiyevə yardım göstərməkdə ləngimələr olmayacaq. Biz Konqresdən qanun layihəsini tez bir zamanda təsdiqlədikləri üçün təşəkkür edirik”,- deyə bildirilib.

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün əlavə vəsaitin ayrılması təşəbbüsü ötən həftə olub və Senat dünən təsdiqləyib.