28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qazaxıstan və Rusiya prezidentləri arasında telefon danışığı olub

19.05.2022

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları ikitərəfli gündəliyin aktual məsələləri, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın bir sıra praktiki məsələləri müzakirə ediblər. Həmçinin Avrasiya məkanında inteqrasiya birliklərinin fəaliyyətinin bəzi aspektlərinə də toxunulub.

Qeyd olunub ki, Rusiya ilə Qazaxıstan arasında müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli möhkəmləndirilməsinə qarşılıqlı niyyət təsdiq edilib.